BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir -

BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir

Bakı Dövlət Universitetində iyunun 8-dən başlayan yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada uğurla davam edir.

Universitet rektorluğu, dekanlar, kafedra müdirləri imtahan prosesinə nəzarət məqsədilə imtahanlarda iştirak edir.

Sevindirici haldır ki, bu günə qədər onlayn formada keçirilən imtahanlarda iştirak edən tələbələrin hamısı müvəffəq qiymət alıblar.

Tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin virtual Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Apellyasiya Komissiyasına müraciət etmək istəyən tələbələr [email protected] elektron poçt ünvanı və yaxud (+99477) 3046543 nömrəli qaynar xətt vasitəsilə əlaqə saxlaya  bilərlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !