BMA-nın növbəti onlayn rejimində elmi seminarı keçilirilmişdir. -

BMA-nın növbəti onlayn rejimində elmi seminarı keçilirilmişdir.

Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşlarının 2020-ci il 16 iyun tarixində növbəti onlayn rejimində elmi seminarı keçilirilmişdir. Məruzəci, sənətşunaslıq üzrə fəlsəfə doktoru, aparıçı elmi işçi Nərminə Bayraməlibəyli “XX əsrin ikinçi yarısında Azərbaycan bəstəkarlarının yaradıçılığında stilistik novasiyalar və faktura” (Arif Mirzəyevin” Orqan simfoniyası” nümunəsində) mövzusunda maraqlı elmi araşdırılmaları ilə çıxış etmişdir.
Beləki, təqdim olunmuş “İ.S.Baxın xatirəsinə orqan simfoniya” əsəri bəstəkarın yaradıçılığında memorial janrında yazdığı ilk nümunəsidir. Əsərdə, Azərbaycan professional musiqisinin XX əsrin ikinçi yarısında yeni meyillərin əmələ qəlməsi, eyni zamanda neoklassik (neobarokko) tendensiyaların və polistilistik üsullarının istifadəsi öz əksini tapmişdır. Bu simfoniyanın həm musiqi dilinə, həm də fakturasına da öz təsirini göstərmişdir. Seminarda məruzəçi əsərin faktura xüsusiyyətlərinə aid – əsərin fakturasının ümumi rakursu, birməqamlı təzad və faktura, simfonik dramaturqiya və faktura kimi vacib məsələlərə toxunmuşdur. Təşkil olunmuş seminar zamanı N.Bayraməlibəyli bəstəkar A.Mirzəyevin şəxsi ifasında həmin əsərdən bəzi musiqi parçalarını iştirakçıların diqqətinə audioyazıda çatdırmışdır.
Elmi seminada elmi laboratoriyanın rəhbəri, dosent, sənətşünasdlıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadənin və digər əməkdaşların sualları məruzəci tərəfindən cavablandırılmışdır.
.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !