AzTU-nun rektoru Abşeron Logistika Mərkəzinin direktoru ilə görüşüb - - FOTO

AzTU-nun rektoru Abşeron Logistika Mərkəzinin direktoru ilə görüşüb - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Abşeron Logistika Mərkəzində olub.

Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Mərkəzin direktoru Ziya Ağayev əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər. Söhbət zamanı Abşeron Logistika Mərkəzində birgə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması təklifi bəyənilib. Bu əsasda Nəqliyyat və Logistika və Beynəlxalq Ticarət və Logistika ixtisasları üzrə təhsil alan bakalavr, magistr və doktorant tələbələr üçün tədrisin yenidən qurulması, birgə elmi-təqdiqatların aparılması nəzərdə tutulub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !