BDU-da onlayn imtahan sessiyasının ikinci həftəsi start götürüb - - FOTO

BDU-da onlayn imtahan sessiyasının ikinci həftəsi start götürüb - FOTO

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının ikinci həftəsi start götürüb.

İyunun 16-da bakalavriat pilləsində təhsil alan 211 qrup üzrə 4629 (189 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 102 ixtisaslaşmada 99 fənn üzrə 351 magistrant imtahan verib.

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.

BDU-da yay semestrinin imtahan sessiyası 5 həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək, sessiya iyulun 10-da yekunlaşacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !