İNSANLIQ NÜMUNƏSİ -

İNSANLIQ NÜMUNƏSİ

 

Allahın dünyaya bəxş etdiyi canlı varlıqlar arasında Adəm övladları dünyanın əşrəfi sayılır. Çünki cəmiyyətin bütün inkişaf mərhələləri məhz insan amili üzərində dayanır. Maddi texnikanın, inqilabi kəşflərin, sivil cəmiyyət qanunlarının, ailə-cəmiyyət, ailə-dövlət münasibətlərinin kökündə, mayasında insan əməyi, insan zəkası, insan faktoru, insan təxəyyülünün təcəssümü dayanır.
Əksər dünya ölkələrindən fəriqli olaraq bizim milli dəyərlərə söykənən həyat fəlsəfəmiz özündə bir çox yüksək atributları cəmləşdirir. Yəni xalqımızın tarixi köklərə bağlı milli-əxlaqi dəyərləri əsrlərin süzgəcindən keçərək bu günümzə işıq tutmağı bacarmışdır. Belə ki, hələ əsrin əvvəlində, Şərqdə ilk dəfə olaraq, 28 may 1918-ci ildə ölkəmizdə Azərbaycan Xalq Cumhuriyyətin elan olunması xalqımızın dövlət qurmaq, dövlətçilik ənənələrinə sahib olmalarının bariz nümunəsidir. Çünki Demokratik formada təşkil olunmuş xalq hakimiyəti başda Fransa olmaqla bir çox xarici ölkələrin yüz illiklər ərzində nail olduqları müstəqil dövlət olmağın şərtlərini özündə cəmləşdirmişdir. Təəssüflər olsun ki, çox keçmədən daşnakların dəstəklədiyi bolşevik dəstələrinin məkirli, hiyləgər planlarının qurbanı oldu, xalqın qurduğu müstəqil dövlətimiz! Bu tarixi hadisələrin cərəyan etdiyi məmləkətimizdə azadlıq aşiqlərindən başda AXC-nin banisi Məmməd Əmin Rəsulzadə olmaqla yanaşı sadə peşə sahiblərindən tutmuş elm adamlarına kimi yüzlərnən aydınlarımız, insanlarımız represiyalara məruz qalmış, uzaq Sibir düzlərinə sürgün edilmiş, vətəndən didərgin olunmuşdur.
Lakin bu məşəqqətlərin içərisində bir millət, bir xalq olaraq ayaqda durmaq, yenidən formalaşmaq, müstəqil dövlət qurmaq, dünya arenasına özünü üçrəngli hilalı ilə qürurla addımlamaq, bir çox ziyalılarımızı, aydınalrımızı, sadə peşə admalrını düşündürən məsələlərdən biri olmuşdur. Minbir əziyyət bahasına tarixi irsinə qovuşmağa can atan millətimizinin yaşam fəlsəfəsi bu illərdə də qəhramanlıq dastanları iləzəngin olmuşdur.
Müstəqil demokratik respublikamızın süqutundan sonra sovetlər birliyinin tərkibində bir millət olaraq var olmağın yollarını arayıb-axtaran tarixi şəxsiyyətlərimiz bu günümzə işıq tutan unudulmaz bilim və dövlət adamlarımız öz mövqeyləri ilə sayılıb seçilmişdir. Elmin müxtəlif sahələrində çalışan ziyalılarımız, mədəniyyət xadimlərimiz, şairlərimiz, yazıçılarımız, hərbiçilərimiz, sadə zəhmətkeş insanlarımız daima vətən eşqi ilə yaşayıb yaratmışlar.
Azərbaycan dövlətinin 1990-cı illərin əvvələrində yenidən müstəqil dövlət olmaq imkanın, tarixi şəraitin yaranması bizi əsrin əvvəlində qurduğumuz Xalq Cumhuriyyətinin varisi olaraq tanınmığımızı reallaşdırdı. Lakin bu dəfə də Müstəqil Azərbaycan Dövlətinin qurulması qansız-qadasız ötüşmədi. Məlum qanlı yanvar hadisələri biz gənclərin hələ də yaddaşında “Qan yaddaşı” kimi anılmaqdadır. Ölkəmizdə yaşayan bütün millətin nümayyəndələri, əliyalın xalqa qarşı törədilən misli görünməmiş bu qanlı yanvar gecəsini, bədnam rus-sovet maşınının tırtıları altında qalan uşaqların, tələbələrin, müəllimlərin, alimlərin, sadə peşə adamlarının, azərbaycan xalqının müstəqilliyinin nələrin hesabına əldə olunmasını göz önünə gətirir.


Müstəqil bir dövlətin tanınması onun bütün dövlət atributlarına sahib olması, qüdrətlənməsini, inkişafının qarantı olan ziyalılarımızın, müxtəlif peşə sahiblərinin, müəllimlərin və həkimlərin bu sahələrdəki xidmətləri danılmazdır.
Haqqında söhbət açmaq istədiyim özünün insanlıq nümunəsi ilə öndə olmağı bacaran, daima xeyirxaqlıq etməyi özünə vəzifə borucu bilən, böyük bir mahalın, bir elin, köklü bir nəslin işıqlı nümayəndəsi olan Müşfiq Həsən oğlu Mirzəyevdir.

 


Müşfiq müəllim Bakı şəhərində yerləşən Biləcəri Dəmir Yolları Xəstəxanasının Baş Həkimidir.
Qeyd etmək yerinə düşər ki, Müşfiq həkimin atası Azərbaycanın qədim diyarlarından biri olan Ulu Dərələyəz mahalının sayılıb-seçilən nəsilləridən, Mizəyevlilərin ən parlaq nümayəndəsi, tanınmış ictimai-siyasi xadim, 1-ci çağrış MM-in deputatı olmuş, filologiya elmləri doktoru, professor, dilçi-türkoloq alim, əməkdar elm xadimi, şöhrət ordenli, AYB-nin, AJB-nin, AAB-nin üzvü, el ağsaqqalı, ömrünün 70 ildən çoxunu xalqının, millətinin, dövlətinin, dövlətçiliyinin uğrunda şam kimi əritmiş, gözəl ziyalılarımızdan biri, adını xalqımızın yaddaşına qızıl hərflərlə yazdırmağı bacarmış, mərhum Həsən İbrahim oğlu Mirzəyevdir. Necə deyərlər bu sadalıdığım titullar Müşfiq həkimin kimliyinə gücgü tutur, onu dövlətimizə, xalqımıza necə məsuliyyətli bir ziaylı olmasını göstərir. Başqa cürdə ola bilməzdi!
Dədələrimiz demişkən ot kökü üstə bitər, bar ağacı təkcə özünün kölgəsi ilə deyil, həm də yetişdirdiyi meyvələri ilə möhtəşəmdir deyirlər.İnsan öldümü, onun bu dünyada gördüyü işlər, əməllər sona yetir (artıq xeyirli bir iş görə bilməz)
-ancaq üç adamın xeyir-əməlləri kəsilmir. Daima yadda qalan sədəqə sahiblərinin, elmi ilə xalqına-millətinə xeyir verən adamların, bir də Allahına dua edib, yaxşı övladlar böyüdənlərin. Məhz belə adamlardı ölümündən sonra da daima xatırlanan, anılan, yad olunan! Onların xalq, millət, dövlət üçün qoyduqları elmi əsərlər, dərs vəsaitləri, elmi kəşfləri minlərlə gənc tədqiqatçıların yollarına işıq tutur, gələcək naminə sağlam, elmi-bilikli vətəndaşlarımızın formalaşmasına yardım edir. Bu baxımdan sevindirici və qururverici haldır ki, Həsən müəllimin övladları dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsinə hərəsi öz sahəsində əllərindən gələni əsirgəmirlər. Atanın yetişdirdiyi bu xeyirli övladlar onun yolunu davam etdirir, xalqımıza xidmət etməyi özlərinin müqəddəs vəzifə borcu olduğunu hesab edirlər. Bu məqamda yadıma vaxtında işlətdiyim bir ifadə düşür.
“ Dövlətin gücü onun milli dəyərlərə sahib vətəndaşlarının mövqeyindən aslıdır!
Doğrudan da Həsən Mirzənin ailəsində dünyaya göz açmış, təlim-tərbiyyə görmüş, həyata vəsiqələrini atalarından almış, ata məsləhəti ana şəfqəti ilə zənginləşdirilmiş olan qəhramanımız, milli-mənəvi dəyərlərə malik olan Müşfiq həkim xoşbəxt insanlardan sayılır desəm, əsla yanılırmaram!
Hal-hazırda rəbərlik etdiyi Biləcəri Dəmir Yolları Xəstəxansının maddi-texniki bazasının eləcə də həkim, texniki personalının sistemləşdirilməsində, minlərnən xəstənin ehtiyaclarının doğru-düzgün qarşılanmasında xidmətləri biz “Qarabağ Müharibəsi Veteranlarını” sevindirməyə bilməz!
-Onda ortaya belə bir sual çıxır. Bəs haradan gəlir bu mənəvi təmizlik, dürüstlük, xalqına canıyananlıq?
-Bu sualın ən doğru cavabı, təbii ki, qədim “Dərələyəz” mahalından!
-Haradır, “Dərələyəz” mahalı?
-Özünün füsünkar təbiəti, şimaldan Basarkeçər yaylası, şərqdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, qərbdən Səlim aşrımı ilə əhatə olunuş, uca dağların qoynunda yerləşən qədim Türk mahalı!
-Bu mahal XVIII əsrin əvvəllərində Osmanlı Dövlətinin idarəsi altında Naxçıvan sancağının 14 mahalından biri olmuş, 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiyanın tərkibinə daxil edilmişdir. Əhalisinin 95%-ni Türk soylu azərbaycanlılar təşkil edən bu qədim Türk yurdu özünün istər o dövrdə, istərsə də hal-hazırkı dövrümüzə gəlib çatmış görkəmli ziyalıları, sayılıb-seçilən şəxsiyyətləri tanınmışdır.
Bunlardan özünün yüksək mənəvi-əxlaqi dəyərləri ilə seçilən qəhramanımız Müşfiq həkimin atası Həsən Mirzəyev, BDU-nun professoru, tarix elmləri doktoru Zeynal Həsənalıyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrsının müdiri, tarix elmləri doktoru, professor Zəhmət Şahverdiyev, İqtisadiyyat İnistitunun direktoru, iqtisadiyyat elmləri doktoru İsa Alıyev, Şair-puplisist, AYB-nin, AJB-nin üzvü Tofiq Yusibov, Şair-puplisist, AAB-nin üzvü Zakir Şəhriyaz, Azərbaycanın Milli Qəhramanı Maşallah Abdullayev, Şair-puplisist, AYB-nin, AJB-in üzvü “ Dərələyəz” qəzetinin baş redaktoru Alim Dərələyəzli , Şair-tərcüməçi, Azərbaycan Respublikasının Xalq Şairi(2019) Vahid Əziz, 4 qat Dünya, 7 qat Avropa çempionu Vüqar Namazov və.s göstərmək olar. Bu adları yazmaqla siyahını uzatmaq da olar. Lakin əsas məqsədim Dərələyəz mahalından bu günümüzə qədər gəlib çatan əsl Türk köklü insanlarımızın xalqımıza qatdığı mənəvi duruluqdur. Bu bəxşiş uca dağlardan durula-durula gələn, özünün mənəvi saflığı ilə həmişə diqqət mərkəzində olan sadə peşə adamlarından tutmuş, elm adamlarına qədər davam edir.
Xalq nə qədər öz sərkərdələrini, elm adamlarını, sənət adamlarını qiymətləndirib, tanıyarsa o qədər əzəmətli, vüqarlı olmasını anlayır. Doğrudan da bir elin ağsaqqalı bəzən bu elin xilaskarına çevrilə bilir. Arxasınca bir obanı işıqlı gələcəyə daşıyır. Müşfiq həkimin atası mərhum Həsən Mirzə(Həsən dayı) da belə ağsaqqallrdan biri olmuşdur. Onun dövlət adamı, görkəmli tarixi şəxsiyyət Heydər Əliyevlə şəxsi dostluq münasibəti sonra da ölkə Prezidenti İlham Heydər oğlu Əliyevlə də davam etdirilmişdir.Bu dostluq möhtərəm Przidentimiz İlahm Əliyevin daima diqqət mərkəzində olmuşdur.

Belə ki, Həsən Mirzə ömrünün zirvə çağında, vətənə-xalqa-millətə göstərdiyi qüsursuz xidmətlərə görə Şöhrət ordeni ilə təltif olunmuşdur.
İndi Həsən müəllimin işiqlı yolunu davam etdirən şərəfli övladları bu siayhını bir qədər də artırır.Ona görə tarixin süzgəcidən bu günümüzə gəlib çatmış bir deyim yerinə düşür.
“ Şəxsiyyətin formalaşmasında əsas amillərdən biricisi ailədir”
Əziz oxucular Müşfiq həkim şərəfli həkimlik peşəsini sadəcə yerinə yetirməklə kifayətlənmir. O dövlətimizin, qarşı qoyduğu əsas məsələləri daima gündəlik iş prensipinə daxil etmişdir.
Dünən Bakı şəhərində yaşayan Qarabağ döyüşlərinin fəal iştirakçısı olmuş əziz dostum Qafar Nuriyelə telefon əlaqəsi saxladım. Hal-əhvaldan sonra bildim ki, dostum iki aya yaxındır ki, Biləcəri Dəmir Yolları Xəstəxanasında müalicə olunur. Xatırladım ki, dostum Qafar Nuriyevöz

sağlamlığını bu vətənin yolunda qoymuş cəsur, igid vətən oğullarından biri, AVMVİB-nin
Xocalı Rayon Veteranlar Şurasının sədridir. Söhbətimiz zamanı o da məlum oldu ki, Qarabağ döyüşçü dostum, qəhraman vətənsevər qardaşım Qafar Şamil oğlu Nuriyevin bütün müayinə və müalicə xərcləri Müşfiq həkim öz üzərinə götürmüşdür. Ən xırda müalicədən tutmuş irili-xırdalı bütün xərclər məhz onun tərəfindən qarşılanır. Qafar bəylə söhbətim zamanı o da aydın oldu ki, bu Müşfiq həkimin yeganə xeyirli işi deyildir. O möhtərəm Prezidentimiz İlham Əliyevin Müharibə Veteranlarına, Qazilərə, Şəhid ailələrinə göstərdiyi diqqət və qayğını öz iş prinsipinin ayrılmaz tərkib hissəsinə çevirmişdir.Yadıma bir şey düşdü. Öz-özümə fikrimdən hələ də insanlıq ölmədiyini,dünyanın yaxşı insanların çiyinləri üzərində dayandığını bir daha xatırladım.
Qafar bəylə gecə bir xeyli söhbət edib, dərdləşdik. Doğrusunu desəm onun xəstələnməsinə nərahat olsam da, ona göstərilən doğmalıq qayğısı məni çox məmnun etmişdi. Çünki dünyada və ölkımizdə cərəyan edən” koronavirus pandemiyası”, bəlası imkan vermirdi ki, gedib dostumu ziyarət edəm! Mənim nərahatçılığımı hər cümlədə duyan dostum, heç bir nigarançılığı ehtiyac olmadığını, hər şeyin normal aparıldığını dedi. Qardaş heç nərahat olma, Allah Müşfiq həkimin canın sağ eləsin. Vallah heç bir problemim yoxdur. Bütün xərclərimi o qarşılayır. Bundan yüksək səviyyədə qayğı olmaz ki!
Söhbətmizin sonunda mən Qafar dostuma söz verdim ki, bu məsələni mütləq işıqlandırmaq gərəkir. Müşfiq həkimin Müharibə Veteranlarına, sadə peşə sahiblərinə göstərmiş olduğu xidmətləri qələmə almağı özümə borc bildim.


Hörmətli oxucular, əziz yurdsevərlər sizin nəzərinizə xüsusi olaraq bir məsələni çatdırım ki,
Müşfiq həkim kimi idarə, müəsisə, xəstəxana rəhbərləri bizə qələbəmizin uzaqda olmadığını xatırladırlar. Vətənin torpaqları uğrunda silaha sarılmış hər bir əsgərə göstərilmiş belə qayğılar sözsüz ki, yaxın illərdə döyüşən ordunun tərkibinin güclənməsinə bir stimul yaradır.
Mən öz adımdan və çoxsaylı dostlarımın, müharibə veteranlarının adından ona minnətdarlıq məktubu hazırlamışam. Biz Qarabağ müharibəsi iştirakçıları olan veteranlar arxamızda bizə təmənnasız yardım göstərən, müalicələrimizi öz öhtələrinə götürən Müşfiq müəllim kimi həkimləri, xəstəxana rəhbərlərini görəndə, torpaqlarımız üçün etdiyimz fədakarlıqların puça getməməsini anlayıram. Bu məqaləm qoy bütün həkimlərimizə bir mesaj olsun. Nümunə var, baxıb öyrənmək, tətbiq etmək lazımdır.
Sadəcə baxıb nəticə çıxarmaq, doğru mövqe sərgiləmək bütün həkimlərimizə öz işlərinə məsuliyyətli olmalarını gərəkdirir. Axı biz vətənimizin müdafiəsinə könüllü qoşulan zaman heç nə fikirləşmədən, heç nə təmanna güdmədən ağır döyüşlərə girmişik. Unutmaq olmaz ki, biz sizin şəfalı əllərinizin, diqqət və qayğılarınızın hesabına yaşaya bilirik. Sizlərin sayəsində neçə-neçə yaralı əsgərlərimiz ölümün pəncəsindən qurtarır, öz həyat fəaliyyətlərinə davam edirlər. Necə deyərlər vətən hamımızındır. Hərə öz istiqamətində elə işləyib,elə çalışmalıdır ki, işğal altında olan torpaqlarımızı qorumağa vətən oğulları canla-başla getsin! Burada vaxtı ilə söylədiyim yenə bir fikrimi xatırlamaq istırdim.
“Vətənin daşı olub ayağa ilişməkdənsə, əsl vətəndaş olub ayaqda durmaq gərəkir”
Ölkə Prezidentinin son dövrlərdə dəfələrlə səsləndirdiyi bir fikri də xatırlamağı özümə borc bilirəm.
“Şəhid ailələri, müharibə veteranları, qazilərimiz, vətəninin ərazi bötüvlüynü qorumuş, qan tökmüş, can qoymuş bütün vətəndaşlarımız daima diqqət mərkəzində olmalı, onlara xüsusu qayğı göstərilməlidir. Hər yerdə birinci onlara üstünlük verilməli onların problemləri qeyi-şərtsiz həll olunmalıdır”
Qəhramanımız Müşfiq həkim ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqları layiqincə yerinə yetirən müəsisə rəhbərlərdindən birincisidir desəm yerinə düşər.
Müharibədə yaralanmış, xəsarət almış vətənsevər qardaşlarına kömək etməyi özünün vəzifə borucu bilən həkimlərimiz üçün Müşfiq həkim bundan sonra da nümunə olacağından heç şübhəm yoxdur.
Sonuda əziz dostum, silahdaşım Qafar Nuriyevə göstərdiyin diqqət və qayğılarından dolayı Müşfiq həkimə və onun həkim, texniki personalına təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Bu şərəfli və məsuliyyətli işlərinizdə uğurlarınızın davamlı olmasını diləyir, Ulu Tanrıdan Sizə və sevdiklərinizə sağlam və bərəkətli ömür, dövlətimiz və dövlətçilyimiz naminə, insanlıq adına gördüyünüz bütün işlərinizdə yanınızda olduğumuzu bildirmək istəyirəm.
Uğurlarınız davamlı və dayaıqlı olsun, gözəl insan, əziz Müşfiq həkim!
Sizin atdığınız bütün addımların istiqaməti mərhum atanız Həsən Mirzəyevin ruhunu daima şad edəcək, bu insanlıq nümünəniz Sizləri zirvələrə daşıyacağıan əminəm.
Eşq olsun Sizin kimi millətini, xalqını, dövlətini, rəhbərini, torpağını, yurdunu, obasını, elini sevən şərəfli və şəfqətli peşə sahibləri!
Mən ümid edirəm ki, yaxın gələcəkdə göstərdiyiniz xidmətlər dövlət başçımızın diqqətindən kənarda qalmayacaq!

Gəncə şəhər sakini GDU-nun riyazi analiz kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru, AVMVİB-nin Gəncə şəhər təşkilatının plenumunun üzvü Zəfər Duman oğlu Abbasov ( Zəfər Dumanlı)

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !