Gəncə sakinindən 10 kq narkotik götürüldü -

Gəncə sakinindən 10 kq narkotik götürüldü

Gəncə şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 kiloqram 250 qram marixuana, 980 qram tiryək aşkar edilib.
Davam etdirilən tədbirlərlə E.Rzayevin Poçt qəsəbəsi ərazisində gizlətdiyi 1 kiloqram 890 qram marixuana da aşkar edilərək götürülüb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !