BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb - - VİDEO

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb - VİDEO

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi 15 iyun - Milli  Qurtuluş  Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.

Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Aslan Əzimzadənin ifasında "Yaşasın Heydərlə Azərbaycanım", Rəqsanə Əsədovanın ifasında "Mən Azərbaycanlıyam" mahnısı və Jurnalistika fakültəsinin tələbəsi Ruhiyə Balakişiyevanın ifasında “Ulu bir sərkərdə, ulu bir öndər” şeiri səsləndirilb.

Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !