Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu mövzusunda onlayn konfrans keçirilib -

“Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu” mövzusunda onlayn konfrans keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları 10 iyun 2020-ci il tarixində AR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu” mövzusunda keçirilən onlayn konfransda iştirak ediblər.

İnstitutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Ələmdar Məmmədov bitki xəstəlikərinin molekulyar diaqnostikası, identifikasiyası, həmçinin xəstəlikləri yayan həşəratların identifikasiyası və həyat tsiklinin öyrənilməsi, bu həşəratlara qarşı mübarizə vasitələrinin işlənib hazırlanması üçün kompleks tədbirlər haqqında fikirlərini söyləyib. Ə.Məmmədov qeyd edib ki, biotexnoloji metodlarla bir çox bitkilərin əkin materialının çoxaldılması üçün tədqiqatların birgə aparılması, yeni özəl biotexnoloji kompaniyaların təşkili və hazırlanmış metod əsasında həmin bitki materialının təsərrüfatların tələbatını təmin etmək üçün çoxaldılması zəruridir. O, həmçinin, əmin olduğunu bildirib ki, KT Nazirliyinin və AMEA-nın bioloji institutlarının iştirak etdiyi kompleks layihələrin hazırlanması və birgə həyata keçirilməsi, institutların maddi-texniki və kadr potensialından səmərəli istifadə edildiyi təqdirdə müsbət nəticələr verəcək. Konfransda həmçinin institutun elmi katibi, b.ü.f.d. dosent Durna Əliyeva, İnstitutun Bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçiləri b.ü.f.d. dosent Sədaqət Əsədova və b.ü.f.d. dosent Mahirə Məmmədova, Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova da iştirak etmişlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !