Erməni məsələsinə dair Özbək və rus dillərində yeni layihə... -

Erməni məsələsinə dair Özbək və rus dillərində yeni layihə...

Azərbaycan Mədəniyyət Mərkəzi erməni məsələsinə dair Özbək və rus dillərində daha bir layihə həyata keçirdi

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə araşdırmaçı alim Emin Arifin “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitab tərcüməçi Şahistə Kamranlı tərəfindən Özbək dilinə çevrilmiş, hazırda isə sözügedən araşdırmanın rus dilinə tərcüməsi həyata keçirilir.

Əsərdə XX əsrin əvvəllərində “erməni məsələsi”nin düyanın aparıcı güc mərkəzi olan Böyük Britanianın geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın müxtəlif qurumları tərəfindən qəbul edilən qərarlarla külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatların ermənilər üçün təmin edilməsindən bəhs edilmiş, bu yardımların pərdə arxası səbəblərinə açıqlıq gətirilməyə çalışıllır. Müəllifin Böyük Britaniyanın arxiv materialları əsasında yazdığı əsərdə qeyd edir ki, ermənilərlə əməkdaşlığın Azərbaycanın bir çox bölgələrində fəlakət mənbəyi olaraq ortaya çıxması və minlərlə müsəlman türk əhalisinin qətlə yetirilməsinə səbəb olmuş və bu gün də Azərbaycan xalqı bu fəlakətin acısını yaşayır.

Nəşrdə böyük güclərin geosiyasi maraqlarının toqquşması kontekstində “erməni məsələsi”nin yeri, bu dövlətlərin siyasətlərinə uyğun olaraq silahlandırılan və güc qazanan ermənilər tərəfindən gerçəkləşdirilən kütləvi qırğınların mahiyyətinin araşdırılması, rəqabət və təhriklər nəticəsində ortaya çıxan problemin Azərbaycan üzərindəki ağır nəticələri xarici mənbələr və arxiv materialları əsasında analiz edilir.

Əsərin əsas elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər sırf İngilis arxiv materiallarına və mənbələrinə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycan dilində nəşr edilən kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Nəşrin Özbək və rus dillərinə tərcümə olunmuş hissəsinin gələcəkdə Özbəkistanda çapı planlaşdırılır.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı layihələri ilə bu ölkədə Ermənistanın Azərbaycana təcavüzü, işğal və soyqırım siyasətinə dair Özbək və rus dillərində 9 adda kitab çap olunmuş, minlərlə məqalə yayımlanmış, Özbəkistanın 3 alimi Azərbaycanın müxtəlif beyin mərkəzlərində qeyd olunan mövzuda elmi araşdırmalarda iştirak etmişlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !