Məcburi köçkün ailələrinə arı ailələri və arıçılıq ləvazimatları verilib -

Məcburi köçkün ailələrinə arı ailələri və arıçılıq ləvazimatları verilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” (EPİC) proqramı çərçivəsində Ağdam rayonunda təşkil olunan uzunmüddətli texniki-təlimlərin 22 iştirakçısına bal arısı ailələri və arıçılıq ləvazimatları təqdim edilib.

Təhvil-təslim işləri Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar müəyyənləşdirdiyi qaydalar çərçivəsində aparılıb.

“EPİC” layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH tərəfindən həyata keçirilir. Layihə Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan yerli aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafını əhatə edir. Bu məqsədə çatmaq üçün layihə çərçivəsində məcburi köçkünlərin iqtisadi və sosial inkişafını dəstəkləyən dövlət qurumları, yerli idarəetmə strukturları ilə əməkdaşlıq şəraitində aztəminatlı əhalinin, xüsusilə gənclərin, məşğulluğu və sahibkarlıq imkanlarının artırılması, hazırda sahibkarlıqla məşğul olanların fəaliyyətlərinin genişləndirilməsi tədbirləri həyata keçirilir.

Xatırladaq ki, arıçılıq üzrə uzun müddətli təlimlərin üçüncü distant - onlayn sessiyası tamamlanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !