Onlayn qaydada keçirilən şeir müsabiqəsinə yekun vuruldu-MASALLIDA - (+FOTO=9 AZpress.AZ Əlihüseyn Şükürov)

Onlayn qaydada keçirilən “şeir” müsabiqəsinə yekun vuruldu-MASALLIDA (+FOTO=9 AZpress.AZ Əlihüseyn Şükürov)

  1 və 3 iyun 2020-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Masallı Gənclər Paytaxtı-2020” seçilməsi və “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş uşaqlar arasında keçirilən onlayn “şeir” müsabiqəsinə yekun vuruldu.

Müsabiqənin keçirilməsində əsas məqsəd “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün qeyd edilməsi və mövcud pandemiya dövründə istedadlı uşaqların aşkar edilməsi və onların asudə vaxtlarının səmərəli keçirilməsinin təmin edilməsindən ibarətdir.

Müsabiqənin şərtlərinə uyğun olaraq, 5-7 yaşlı uşaqlar arasında: birinci yerə Masallı rayon Güllütəpə kənd tam orta məktəbinin şagirdləri ( əkiz bacılar) Mütəllimli Nəzrin Oktay qızı və Nərmin Oktay qızı Mütəllimlilər, ikinci yerə “Viləş” uşaq bağçasının uşağı Nağılı Zümrüd Rəsul qızı, üçüncü yerə N.Həsənov adına Gəyəçöl kənd tam orta məktəbinin şagirdi Əsgərova Sunay Tofiq qızı layiq görülmüşlər.

Fərqləndiyinə görə isə “Dəfinə” məktəb-liseyinin şagirdi Muradlı Nuray Asim qızı, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin şagirdi Xansuvarova Ruqiyyə Bəşir qızı, “Viləş” uşaq bağçasının uşağı Şükürov Müslüm İlkin oğlu, “Viləş” uşaq bağçasının uşağı Zahidov Rza Peyman oğlu diplomlarla mükafatlandırılmışdır.

8-10 yaşlı uşaqlar arasında:

birinci yerə Şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Manaflı Aysun Elnur qızı, ikinci yerə R.Əzizov adına Yeddioymaq kənd tam orta məktəbin şagirdi Quliyeva Mədinə Ramil qızı,üçüncü yerə Mololon kənd ümumi orta məktəbin şagirdi Axundova Yaxşıxanım Zöhrab qızı layiq görülmüşlər.Fərqləndiyinə görə isə R.Əzizov adına Yeddioymaq kənd tam orta məktəbin şagirdi Quliyev Ramal Ramil oğlu, Qəzvinoba kənd ümumi orta məktəbin şagirdi Kazımov Rəsul Mailk oğlu diplomlarla mükafatlandırılmışdır.

Müsabiqədə qalib gələn iştirakçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !