Şuradan yeni elektron tətbiq: - SƏLİS müqavilə

Şuradan yeni elektron tətbiq: SƏLİS müqavilə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası iyunun 2-dən başlayaraq QHT-lərlə qrant müqavilələrini heç bir canlı təmas olmadan elektron qaydada imzalamağa başlayıb. SƏLİS müqavilə iki formada – “ASAN imza” və elektron imza vasitəsilə bağlanır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud AZpress.AZ-a bildirib ki, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir.

Məlumat üçün bildiririk ki, Şura 2019-cu ildən QHT layihələrinin idarə olunması prosesini SƏLİS çərçivəsində elektronlaşdırıb. Hazırda isə qrant müqavilələrinin imzalanması da elektron qaydada həyata keçirilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !