Beynəlxalq Muğam Mərkəzi " Muğam axşamları " möhtəşəm layihəsini yeni formatda təqdim edir -

Beynəlxalq Muğam Mərkəzi " Muğam axşamları " möhtəşəm layihəsini yeni formatda təqdim edir

 Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” möhtəşəm layi!həsi tamaşaçılara yeni formatda təqdim ediləcək. Qeyd edək ki, artıq 4 ildən çoxdur ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş “Muğam axşamları” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar hər zaman böyük maraq göstəriblər. Bundan sonra isə BMM canlı konsertləri ilə bərabər “Muğam axşamları” layihəsini həm də Mərkəzin yeni yaradılan TV studiyası tərəfindən mərkəzin Youtube kanalı, Facebook və İnstagram səhifələri vasitəsilə yayımlayacaq. Bütün muğamsevərləri “Muğam axşamları” nın səfasına dəvət edirik!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !