Gənclər COVİD 19 ilə bağlı maarifləndirmə və ailələrə psixososial dəstək işlərini davam etdirir - (+FOTO=7 AZpress.AZ - Mais Ibrahimov)

Gənclər COVİD 19 ilə bağlı maarifləndirmə və ailələrə psixososial dəstək işlərini davam etdirir (+FOTO=7 AZpress.AZ - Mais Ibrahimov)

 Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Avropa İttifaqının maliyyə yardımı, UNİCEF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ağcabədi rayonunda icra olunan "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində GTM Qarabağ ofisinin əməkdaşları tərəfindən UNİCEF-in təşəbbüsü, USAİD-in maliyyə dəstəyi ilə COVİD-19 haqqında əhalinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə hazırlanan maarifləndirmə materialları əhali arasinda paylanılır.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə kompaniyasında Ağcabədi RİHB-nın şəhər İnzibati ərazi dairəsinin, DSMF Ağcabədi rayon şöbəsinin, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının, Ağcabədi Regional Mədəniyyət İdarəsinin, Rayon Təhsil şöbəsinin əməkdaşları, Karyera və İnkişaf Mərkəzinin Ağcabədi rayon şöbəsinin üzvləri yaxından iştirak edir.
Kompaniya çərçivəsində qısa müddətdə 9036 nəfər məlumatlandırılıb,1506 dəst maarifləndirici material paylanıb,122 ailəyə psixososial dəstək göstərilib.
GTM Qarabağ ofisi və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən 130 ailəyə müxtəlif ərzaqlardan ibarət sovqat paylanılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !