Qız Qalası "Ümid yeri"nin qonağı olub - - FOTO

Qız Qalası "Ümid yeri"nin qonağı olub - FOTO

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi muzeyləri və tarixi abidələri ziyarət etmək imkanı olmayan uşaqlar üçün virtual tur təşkil edib.

1 iyun 2020-ci il tarixində "Ümid yeri" Uşaq Sığınacağında keçirilən tədbirdə Sığınacağın sakinləri üçün Bakının simvolu - tarixi "Qız Qalası" olduqca maraqlı virtual tur şəklində nümayiş olunub.

Tədbirdə uşaqlar "World Heritage 3D Scanning" proqramı vasitəsilə Qız Qalasına ilk dəfə virtual səyahət edərək, bütün mərtəbələri gəzib və abidə haqqında ətraflı məlumatlar əldə ediblər. Daha sonra uşaqlar üçün "İçərişəhər" Muzey Mərkəzinin əməkdaşı tərəfindən İçərişəhərin digər abidələri haqqında canlı məruzə-ekskursiya təşkil olunub. Tədbirin sonunda “İçərişəhər” DTMQ İdarəsi tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.

Xatırladaq ki, "World Heritage 3D Scanning" proqramı vasitəsilə İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi "İçərişəhər" Muzey Mərkəzinin təşəbbüsü və Almaniyanın "EKМ Global Consulting GmbH" və "3D Scanning Project" şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin Məlumatı

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !