İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın -

“İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın”

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov əhalini tibbi maskadan istifadə etməyə çağırıb.
S.Novruzov bildirib ki, tibbi maska taxılmamasına görə, cərimələr nəzərdə tutulur.
“Kimsə maska taxmır, bəziləri də durub deyir ki, həmin insanların maska almağa imkanı yoxdur. İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın”, -deyə S.Novruzov bildirib.
O qeyd edib ki, bəzi insanlar tətbiq olunan cərimələrin bağışlanmasını düşünür:
“Biri də durub deyir ki, koronavirusdan ölənlərə şəhid statusu verilsin. Digəri deyir ki, koronavirus xəstəsinə mənzil veriləcək. İnsanlar tibbi maska taxmaqdan başqa hər şeyi fikirləşirlər”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !