BDU-da Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları mövzusunda onlayn mühazirə keçirilib - - FOTO

BDU-da “Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları” mövzusunda onlayn mühazirə keçirilib - FOTO

Mayın 31-də Türkiyə Respublikasının Kastamonu Universitetinin professoru Vüsalə Musalı Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün “Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları” mövzusunda onlayn mühazirə keçib.

Videobağlantıya qoşulan rektor Elçin Babayev iştirakçıları salamlayaraq BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılması, elmi fəaliyyətin təşkili, Universitet əməkdaşlarının yüksək impakt faktorlu elmi jurnallarda dərc olunma fəallığı kimi məsələlərdən söz açıb.

Moderator, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov onlayn mühazirənin keçirilmə məqsədi ilə bağlı ətraflı məlumat verib.

“Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları” mövzusunda onlayn mühazirə keçən professor Vüsalə Musalı elmi tədqiqatın mahiyyəti və vəzifələri, əsas anlayışları və prinsipləri, tədqiqat metodlarının təsnifatı, yaxşı tədqiqat mövzusunun əlamətləri, elmi-tədqiqat ədəbiyyatlarının mənbələri, Google akademik hesabın açılması, “Web of Science Clarivate” bazasından elmmetrik və Scopus verilənlər bazalarından effektiv istifadə, impakt faktorlu elmi jurnallarda məqalə standartları, internet materiallarından sitatların gətirilməsi, məlumatların toplanmasının müvafiq metodlarının seçilməsi, təsviri statistikanın əsas göstəriciləri barəsində təqdimatla çıxış edib.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların böyük marağına səbəb olub.

Onlayn mühazirə sualların cavablandırılması ilə yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !