Döyüşdürülən itlərin saxlanıldığı yerdən dəhşətli görüntülər - -VİDEO

Döyüşdürülən itlərin saxlanıldığı yerdən dəhşətli görüntülər -VİDEO

Aparılan əməliyyat tədbirləri nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib. Onlardan 4-ü Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıblar. Şəxsi axtarış zamanı Mətləb Əliyevdən narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Qaldırılmış cinayət işi üzrə hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycan heyvanların mühafizəsi ictimai birliyinin sədr müavini Fərid Mansurovun sözlərinə görə bu məsələ müxtəlif videolar əsasında artıq 2 il imiş ki, araşdırılırmış.
“Biz o videolarda müşahidə edirdik ki, itlər ölümünə dalaşırlar. Hansısa bir it mütləq ölür. Ayırma söhbəti yoxdu. Və öz araşdırmamız nəticəsində əldə edilən məlumata görə bildik ki, bu qumar oyunlarıdı. “ – Azərbaycan heyvanların mühafizəsi ictimai birliyinin sədr müavini Fərid Mansurov
Birliyin araşdırmasına görə narkotik vurulan itlər əsasən küçə itləri üzərində sınaqdan çıxarılırmış. Döyüşdə “Pitbull” küçə itini öldürdükdən sonra isə cəsəd doğranılaraq cavan döyüş itlərinə yedizdirilirmiş. Bununla da, böyüyən itlər öz həmcinslərinə şikarları kimi baxırlar.
Artıq döyüşlərində istifadə olunan “american stuff” və “pitbull” cinsli itlər mühafizə olunaraq, sığınacağa yerləşdirilib. Sumqayıtda fermada saxlanılan səkkiz cins it ərazidən götürülərək, İDEA İctimai Birliyinə aparılıb. Sözügedən məkandan çəkilmiş videodan görünür ki, orada itlər üçün xüsusi rinq hazırlanıb və onlar yarıtikililərdə saxlanılıblar. Həyətdə itlərin qarşısına atıldığı ehtimal edilən heyvanların skeletləri də aşkarlanıb. medianews.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !