Qarabağ tarixinə baxış: Nələri düz etmədik? - - Faiq İsmayılov araşdırır

Qarabağ tarixinə baxış: Nələri düz etmədik? - Faiq İsmayılov araşdırır

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münhen görüşü Qarabağ probleminin həllində bir çox qaranlıq məqamlara işıq saldı. Ermənistanın işğalçı siyasətini dünyanın gözü qarşısında ifşa etdi. Bu nəticə məni düşünməyə vadar etdi: “cənab Prezident cəmi bir saat ərzində on illərlə uzanan danışıqların mahiyyətini açıb ortaya qoydusa bəs o zaman biz Ermənistana qarşı ideoloji mübarizədə hansı səhvlərə yol verirmişik ki, münaqişənin həlli bu qədər uzanıb?

1988-ci ildə sitüasiyanı xeyrimizə dəyişmək olardımı?”

 

Ermənistana qarşı ideoloji mübarizədə hansı səhvlərə yol verirmişik?

 

Əsrlər boyu müxtəlif ölkələrdə parakəndə şəkildə, qəbilə halında yaşayan ermənilər, keçən əsrin əvvəllərində toplum halında Türkiyədən və İrandan Azərbaycan ərazilərinə köçəkək Rusiyanın dəstəyi və istəyi ilə özlərinə dövlət qurmağı bacardılar. Etiraf edək ki, bu erməni xalqının danılmaz və möhtəşəm qələbəsi idi.

Rus siyasətinə böyük həvəs və sədaqətlə xidmət edən ermənilər, Rusiyanın himayəçiliyi altında 70 il SSRİ tərkibində yaşayıb idarəçilik təcrübəsi qazanaraq, erməni dövlətçiliyinin əsaslarını yaratdılar.

Rusiyanın himayəçiliyi şərait yaratdı ki ermənilər, keçən əsrdə Azərbaycan ərazilərinin daha bir hissəsi olan Gəncə-Qarabağ və Naxçıvan bölgələrinin Ermənistana birləşdirilməsi üçün Rusiyanın razılığını istəsinlər.Lakin Gəncə və Naxçıvandan fərqli olaraq Qarabağda ermənilər daha sıx və daha çox məskunlaşdırılmışdılar. Bu baxımdan Qarabağın Ermənistana birləşdirilməsi Rusiyanın maraqlarına daha uyğun görünürdü.

Rusiya hələ 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə hər an etnik münaqişənin közərə biləcəyi Dağlıq Qarabağ Muxtar Vilayəti yaratmışdı.Azərbaycanın bu həssas ərazisi daim Rusiyanın nəzarəti altında saxlanırdı.

SSRİ-nin çöküşü başlanarkən sovet İdeoloqları,tərəfindən düşünülmüş şəkildə Sovet İmperiyasının saxlanması üçün, Dağlıq Qarabağı Ermənistana birləşdirilməsini həyata keçirməyə razılıq verdilər.. Kreml rəhbərləri tərəfindən dəstəklənən bu ideya  ermənilərin qonşu dövlətlərə qarşı ərazi iddialarını daha da alovlandırdı.

1988-ci ildə  Ermənilər,Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı  ərazi iddialarını açıq şəkildə bəyan etdilər. Dağlıq Qarabağda iğtişaş yaratmaq üçün Rusiyadan göndərilən kuryerlər Dağlıq Qarabağda  erməniləri təlimatlandırırdılar. Rusiyanın Azərbaycana qarşı  bu təcavüzkar siyasəti, Ermənistana öz daxilində də etnik münaqişələri alovlandırmağa ruhlandırdı.

Rusiyanın himayəçiliyi ilə1988-90-cı illərdə Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı, etnik təmizləmə siyasəti həyata keçirməyə başlanıldı və qısa zaman ərzində 250 mindən çox azərbaycanlı eləcədə 100 mindən çox kürd, yəhudi və digər etniklərin nümayəndələri öz dədə-baba torpaqlarından qovdular, yüzlərlə insan öldürülərək yox edildilər. Rusiya Ermənistanı monoetnik dövlətə çevridi.


Dağlıq Qarabağ problemi, ruslar tərəfindən Sovet İmperiyasının saxlanması üçün düşünüldü lakin bu etnik münaqişə, nəinki SSRİ-nin dağılma prosesinin qarşısını ala bilmədi, hətta dağılma prosesini daha da sürətləndirdi. 

Əslində Qarabağ münaqişəsinin əsası, keçən əsrin əvvəllərində Çar Rusiyası tərəfindən öz  İmperiya maraqlarını qorumaq xətrinə, Cənubi Qafqazda xalqlar arasında  milli ayrı-seçkilik və nifaq yaratmaqla regionu Rusiyanın daim nəzarətində saxlamaq üçün  qoyulmuşdu.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində bu problem, beynəlxalq ictimaiyyətin ciddi reakssiyasına səbəb olmadı. Çünki, bu münaqişə  SSRİ-nin dağılması prosesini sürətləndirən amillərdən biri olduğuna görə, onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi.  Bu səbəbdən Beynəlxalq ictimaiyyət, bu problemin həll edilməsinə ciddi reaksiya vermədi. 

1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bu qərar Ermənistanla Azərbaycan arasında yeni yaranan münaqişəni daha da dərinləşdirdi.

Ermənistanın bu qərarına daha çox etiraz edən yalnız Azərbaycan tərəfi idi, dünya susurdu. O dövrdə Nizami ordusu və güclü rəhbəri olmayan Azərbaycan ideoloji cəbhədə də çaş-baş qalmışdı. Bu sahədə də ermənilərin hərəkətlərinə yalnız etiraz etməklə kifayətlənməli olurdu. Məğlubiyyət Azərbaycanın bütün sahələrini əhatə etmiş kimi görünürdü, ölkəni dərin sükunət və ümidsizlik bürümüşdü. Azərbaycanda yaşayan bütün etnik qruplar Ermənistanı qınayır və etiraz edirdilər.

O dövrdəAzərbaycanda Ermənistanın işğalçı siyasətinə etiraz edən erməni millətindən olan ziyalılarda   vardı. Azərbaycanın Dövlət rəhbərləri tərəfindən bu ermənilərə dəstək verib Qarabağda baş qaldıran etirazçı kütləni və ya onların bir qismini ələ almaq olardı.Bu ermənilər xaricdən ixrac olan seperatizmə qarşı mübarizə apara bilərdilər. O zaman Rusiyanın və erməni daşnaklarının məkrli planları pozulardı.

Lakin  Azərbaycanın rəhbərliyi sülh tərəfdarları olan bu ermənilərə o dövrdə sahib çıxmadılar, bu ermənilərin bir şoxu müxtəlif vaxtlarda erməni millətçiləri tərəfindən öldürüldülər, bəziləri isə ölkədən qaçdılar.  Etiraf edək ki,Ermənistan bu fürsəti heç vaxt qaçırmazdı, necə ki indinin üzündə beləƏlikram Hümbətov kimi separatçılardan Azərbaycana qarşı istifadə edirlər.

Azərbaycana rəğbəti olan ermənilərdən biri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi Boris Gevorkov idi.Hələ SSRİ dönəmində bu adamı ermənilər Ermənistanda “erməni xalqının düşməni” elan etmişdilər.

Boris Sərkisovnç Gevorkov 1932-ci ildə Şamaxıda anadan olub, 1998-ci ildə Moskvada naməlum şəraitdə erməni millətçiləri tərəfindən öldürülüb.Bakıda təhsil alıb.O, 1954-cü ildə Bakı şəhər komsomol təşkilatında təlimatçı, Derjinski və Nərimanov rayon komsomol komitələrinin birinci katibi, 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1970-ci ildə Kirov rayon PK-nin birinci katibi işləyib. 8-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı, 9-11-ci çağrış SSRİ Ali Soveti Millətlər Şurasının deputatı olub. Canıyla qanıyla Sovet İmpriyasına sədaqətlə xidmət edib.

Boris Gevorkov 1973-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi təyin edildi. O bu vəzifədə Qurgen Melkumyanı əvəz etdi. Bu təyənatlabağlıBritaniyalı jurnalisa Tomas De Vaal yazırdı: “Melkumyandan fərqli olaraq, Gevorkov Azərbaycan Hökumətinə daha sədaqətli idi”.

14 il Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi işləyən Gevorkov bir dəfə də olsun Ermənistana səfər etmədi. Ermənistanda onu sevmirdilər “Bakının adamı” adlandırırdılar.

Ermənilər 1988-ci ilin yanvarında Kevorkova erməni xalqı qarşısında “günahlarını yumaq” üçün “Qarabağ hərəkatı”na qoşulmagı təklif etdilər. Lakin o bu təklifiqətiyyətlə rədd etdi.

Qarabağ hər hansı bir ehtiyatsızlıqdan partlaya bilən “barıt çəlləyi”ni xatırladırdı. Vilayət rus missionerləri və xaricdən gətirilən muzdlu döyüşçülərlə doldurulmuşdu. Bölgədə çaxnaşma yaradanlar Qarabağın Ermənistana birləşdirilməsi şüarları ilə çıxış edirdilər.

Separatçılar  Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi Boris Gevorkovdan mitinqçilərin başına keçib Qarabağı Ermənistanın tərkibinə keçməsini elan etməsini tələb edirdilər. 11 Fevral 1988-ci ildə separatçılarla görüşündə dedi: - Siz odla oynayırsınız Qarabağı Ermənistana birləşdirilməsi mümkün deyil.(istifadə olunmuş ədəbiyyat. Демо №10 | 14 июнь, 2008г).

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. Azərbaycan KP MK-nin birinci katibi K.Bağırovun tapşırığı ilə B.Gevorkov bu qərarın qəbul edilməsinin qarşısını almaq istəsədə uğursuz oldu.

Bu hadisədən 3 ay sonra  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirildi. Plenumda "Muxtar Vilayətdə Millətlərarası münasibətlərin qızışdırılması və bölgədəki iğtişaşların yaranmasına görə Vilayət partiya təşkilatının rəhbərliyindəki şəxsi məsuliyyətə səbəb olan ciddi siyasi səhvlərə yol verdiyinə görə" B.Gevorkov partiyadan xaric edildi. Kevorkov "siyasi düşüncəsizlik", "təkəbbür", "səbatsızlıq", "xalqdan və partiya təşkilatlarından uzaqlaşmaqda" kadrların seçilməsində və yerləşdirilməsində kobud  pozuntulara yol verməkdə ittiham olunaraq  vəzifəsindən kənarlaşdırıldı.

Bu qərar Azərbaycan KP MK-i tərəfindən edilən kobud siyasi səhv idi. Partiya rəhbərliyi Vilayətdə baş verən iğtişaşların xaricdən idarə olunduğunu görə bilmədi.Azərbaycan Hökuməti tərəfindən Vilayətin partiya liderinin “günahlandırılması” Azərbaycanın ərazisinin parçalamaq üçün Qarabağda yaradılan iğtişaşların təşkilatçılarını məsuliyyətdən yayındırırdı.Eyni zamanda Vilayət Partiya Komitəsinin birinci katibinin vəzifədən uzaqlaşdırılması Qarabağda Hakimiyyətsizliyə, hakimiyyətsizlik isə seperatizmin inkişafına münbit şərait yaratdı. 

Halbuki Azərbaycan Hökuməti Qarabağda dərhal fövqaladə vəziyyət elan etməli və Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi Boris Gevorkovdan sağlam qüvvələri ətrafında səfərbər edib, vilayətdə iğtişaş yaradanları dərhal tutulub cəzalandırılmasını tələb etməli idi. Azərbaycan Hökuməti əsassız ittihamlarla onu vəzifəsindən uzaqlaşdırıb, Qarabağda hakimiyyətsizlik yaratmalı deyildi.

(Ardı var)

Faiq İsmayılov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !