Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir -

“Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 02 iyun 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir.

Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.

Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 01 iyun 2020-ci il saat 17:00-dək shekermammadova@bsu.edu.az ünvanına müraciət etməsi xahiş olunur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !