Göygöl rayonunun Quşçu kəndi ərazisində top mərmisi aşkarlanıb - -FOTO=8

Göygöl rayonunun Quşçu kəndi ərazisində top mərmisi aşkarlanıb -FOTO=8

Mayın 27-də səhər saatlarında Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Quşçu kəndi ərazisində su kanalının yaxınlığından bir ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Göygöl Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cı illərdə düşmən tərəfindən atıldığı ehtimal olunan 1 ədəd ağ fosfor tərkibli 122 mm-lik top mərmisi (D-4) aşkar olunaraq, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.
Top mərmisinin ətrafında 400 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !