İNARƏ BABAYEVA RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ YENİ KLİPİNİ TƏQDİM ETDİ -

İNARƏ BABAYEVA RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ YENİ KLİPİNİ TƏQDİM ETDİ

 Azərbaycanın məhşur opera ifaçısı,Əməkdar artist, Akademik Opera və Balet teatrının solisti İnarə Babayevanın sözləri Şahin Musaoğluya, musiqisi gənc bəstəkar Tamilla Əhədovaya məxsus "Ölkəm "mahnısına çəkilmiş klipi işıq üzü gördü. İnarə Babyeva mahnını məxsusi olaraq Respublika gününə həsr etdiyini bildirib. İfaçı onu da qeyd edib ki, gənc bəstəkar Tamilla Əhədovanın bəstələdiyi mahnı neo klassika janrındadır. Layihəni hazırlamaqda məqsəd ölkəmizin gözəlliyini musiqinin dili ilə tamaşaçılara təqdim etməkdir. İnarə Babayeva bu mahnı vasitəsilə bütün xalqımızı Respublika günü münasibəti ilə təbrik edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !