Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib - (VİDEO+FOTO=5)

Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib (VİDEO+FOTO=5)

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri” və “Ən yaxşı kəşfiyyat qrupu” adı uğrunda yarışlar keçirilib.
Yarışın planına əsasən əvvəlcə sıra baxışı keçirilib və şəxsi heyətin təchizatı yoxlanılıb, iştirakçılara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.
Hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışlarda komadirlərin və şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.
Ərazidə maskalanma və hərəkət, gündüzləmə yerinin və mühafizənin təşkili, atıcı silahlardan praktiki atışlar yerinə yetirilib.
Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !