Vikipediyada Özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə istifadəyə verilib - (+FOTO=5)

Vikipediyada Özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə istifadəyə verilib (+FOTO=5)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış yazıçı, damaturq, ədəbiyyatşünas, tərcüməçi, dirijor, əməkdar incəsənət xadimi, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsiƏbdürrəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində xüsusi bölmə istifadəyə verilib.
Azərbaycan klassik realist dramaturgiyasını dolğun məzmunlu dram əsərləri ilə zənginləşdirən, nəsr əsərləri ilə şöhrətləndirən Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində mühüm rolu olan şəxsiyyətlərdəndir. O, həm Azərbaycan dramaturgiyasını və bədii nəsrini, həm də satirik publisistikanı yeni və orijinal mövzularlazənginləşdirmişdir.
Özbək dilində istifadəyə verilmiş “Abdurahimbek Haqberdiyev” adlı bölmədə ədibin həyatı, yaradıcılığı, yaratdığı əsərlər, bütövlükdə ədəbi fəaliyyətinə nəzər salınmış və bu haqda məlumatlar öz əksini tapmışdır.
Bundan başqa, bölmədə Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycanın Şuşa şəhərində səhnəyə qoyduğu əsərlər haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycansatirikmətbuatınınzirvəsi olan “Molla Nəsrəddin” jurnalında Haqverdiyevin dərc edilən hekayə və felyetonları ona şöhrət qazandırır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə görkəmli yazıçı, dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim “Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar il ərzində Özbəkistanda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, xüsusi ilə də Əbdürrəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcəkdir.
Vikipediyada Özbək dilində yaradılmış Əbdürrəhim bəy Haqverdiyev haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Abdurahimbek_Haqberdiyevlinkində tanış olmaq mümkündür.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !