"Bir-birimizi qoruyaq" kampaniyasına Sabirabad GİKM Gənc Könüllüləri də qoşulub - (+FOTO=7)

"Bir-birimizi qoruyaq" kampaniyasına Sabirabad GİKM Gənc Könüllüləri də qoşulub (+FOTO=7)

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi - nin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasına Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri də qoşulub.
Bu kampaniya çərçivəsində gənclərimiz rayon ərazisində fəaliyyət göstərən müxtəlif bankların, poçt məntəqələrinin və digər müəssisələrin xidmətlərindən istifadə edən vətəndaşlar arasında maarifləndirmə işləri aparıb və sakinlərinin əllərini dezinfeksiya etdikdən sonra, onlara əlcək və maska payladılar. Kompaniya çərçivəsində yüzlərlə rayon sakininə qoruyucu maska və əlcəklər paylanıb, eyni zamanda sosial məsafənin saxlanılmasının nə qədər zəruri olduğu vurğulanıb.
Qeyd edək ki, Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzi bu ilin fevral ayında fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri də regionda könüllü hərəkatının genişləndirilməsidir. Buna uyğun olaraq rayon gəncləri könüllü şəkildə müxtəlif sosial aksiyalara cəlb edilirlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !