Musa Qasımlı gənclərlə görüşə gələcək -

Musa Qasımlı gənclərlə görüşə gələcək

"28 may-Respublika Günü" münasibətilə 27 may 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin “Armudu” layihəsi çərçivəsində növbəti görüş tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü millət vəkili Musa Qasımlı ilə olacaq.

Məlum olduğu kimi, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Müsəlman şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.

Görüşdə Cümhuriyyət dövrünə bir daha nəzər salınacaq, onun tariximizdəki yeri və rolu ətraflı təhlil ediləcək, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrəniləcəkdir.

Eyni zamanda, gənclərimiz öz tarixi ilə bağlı fikirlərini alimlə bölüşmək imkanı əldə edəcəklər.
Görüş 27 may 2020-ci il tarixdə saat 16.00 başlayacaq. Onlayn görüşdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil ola və ya afişada qeyd olunan QR kod vasitəsi ilə qeydiyyatdan keçə bilər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSc142WnO7YAxMFdUSBmnTZNx58oGoEpO6Q93bDsMCxc0UHFMw/viewform?vc=0&c=0&w=1

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !