Avropada musiqili komediya janrlarının tarixinə bir nəzər -

“Avropada musiqili komediya janrlarının tarixinə bir nəzər”

May ayının 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının“Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika“ elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nazlı Mustafayevanın növbəti onlayn seminarı keçirildi.

Nazlı Mustafayevaçıxışında izah edirdi ki,musiqi incəsənətində ayrı-ayrı janrların təkamül tarixinin inkişaf mərhələləri zəminində meydana gələn yeni üslub forma və dramaturji xüsusiyyətlər öz bədii əksini tapmışdır.
Eyni zamanda məruzəçi qeyd edirdi: “Musiqi tarixində operetta janrının banisi Fransa bəstəkarı və dirijoru Jak Offenbax hesab olunur. J.Offenbax 1847-ci ildə “Alkov”, “Blanş”, “Hersoqinya Alba”, 1983-cü ildə “ Pepito”, 1854-cü ildə “Lyüs və Lyüsetta” komik operalarını yazmışdır”.
XVII əsrdə İtaliyada geniş yayılmış komik intermediyalar, maska teatrı, meydan-satirik tamaşaları XVII əsrin I yarısında “opera-buff” adlı komik opera janrının yaranmasına təsir göstərmişdir.

XVII əsrdə musiqi komediya Almaniya və Avstriyada “zinqşpil”, İngiltərədə “opera-ballada”, İspaniyada “tonadilya” adı ilə öz janr təcəssümünü tapmağa başlamışdır.

Operetta janrında XIX-XX əsrlərdə Avropada , Rusiyada, sovet respubliklarında, eləcə də, Azərbaycanda xeyli əsərlər yazılmışdır.

Musiqi komediyanın çox inkişaf etmiş janrı olan operettaya XX əsrdə Leo Delib, Florimon Erve, Şarl Lekok ( Fransa), İohann Ştraus, Frans fon Zuppe, Rixard Jene (Avstriya), Karl Tseller(Almaniya), XX əsrdə Andre Massaje , Lak İber(Fransa) Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, F.Əmirov S.Rüstəmov, R.Hacıyev, S.Ələsgərov, V.Adıgözəlov, T.Bakıxanov və başqaları müraciət etmişdilər.

Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, laboratoriyanın əməkdaşlarıiştirak etdilər. Seminarınsonunda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırıldı.

R.Süleymanova
elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !