Dəyəri yüz milyonlarla ölçülən əmlaklarınız açıqlandı,bunu hardan qazanmısınız? - -prokuror muavininə sual

Dəyəri yüz milyonlarla ölçülən əmlaklarınız açıqlandı,bunu hardan qazanmısınız? -prokuror muavininə sual

“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”.
Bu sözləri dünən Baş Prokurorun birinci müavini vəzifəsindən azad olunan Rüstəm Usubov söyləyib.
Bundan sonra fəaliyyətinin nədən ibarət olacağına gəlincə, Rüstəm Usubov, hələlik bir şey bilmədiyini deyib:
“Bundan sonra nə olacaqsa, onu bilmirəm”.
“Mediada dəyəri yüz milyonlarla ölçülən əmlaklarınız açıqlandı, bunu hardan qazanmısınız” sualına isə baş prokurorun sabiq müavini telefonun dəstəyini asmaqla cavab verməkdən yayınıb. medianews.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !