BDU-da Koronoviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası mövzusunda onlayn ustad dərsi keçirilib - - FOTO

BDU-da “Koronoviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsi keçirilib - FOTO

Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov BDU-nun tələbələri üçün “Koronoviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsini keçib.

Moderator, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova iştirakçıları salamlayaraq onlayn dərsin keçirilmə səbəbi ilə bağlı məlumat verib.

“Koronoviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsi verən professor İsmayıl Zülfüqarov COVİD-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, DNT-genomlu viruslar, RNT- genomlu viruslar, koronavirusların MERS və SARS növləri barəsində təqdimatla çıxış edib.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların böyük marağına səbəb olub.
Ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !