BDU-da Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi mövzusunda onlayn mühazirə keçirilib - - FOTO

BDU-da “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçirilib - FOTO

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan kimya üzrə fəlsəfə doktoru Ataş V. Qurbanov BDU-nun tələbələri üçün “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçib.

“Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda təqdimatla çıxış edən kimya üzrə fəlsəfə doktoru Ataş V. Qurbanov kristallar və kristallik maddə, həndəsi, fiziki və kimyəvi  kristalloqrafiya, kristalların forma və daxili quruluşları, rentgenstruktur analiz barəsində ətraflı məlumat verib.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların böyük marağına səbəb olub.
Onlayn mühazirə sualların cavablandırılması ilə yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !