Dietoloqdan arıqlamaq istəyənlərə TÖVSİYƏ -

Dietoloqdan arıqlamaq istəyənlərə TÖVSİYƏ

Dietoloq Nərgiz Nəzirova arıqlamaq istəyənlərə mövsümi meyvələrdən alça yeməyi tövsiyə edib.
Ekspert yaşıl alçanın bir çox faydalı xüsusiyyətlərindən bəhs edib.
“Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və ziyanlı maddələrdən təmizləyir.Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. Turşularla zəngin olan meyvə orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır.
Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil etməlidir”, - deyə dietoloq qeyd edib.saqlamheyat.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !