AzTU-nun rektoru "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-nin direktoru ilə görüşüb - - FOTO

AzTU-nun rektoru "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-nin direktoru ilə görüşüb - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-də olub.

Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və STDM-in direktoru Elvin Aslanov əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib. Söhbət zamanı hazırda AzTU-da qurulan labaratoriya və təlim mərkəzinin fəaliyyətinin təşkili, eləcə də blockchain texnologiyası, elektronika, biotibbi texnologiya, müasir soyutma sistemləri üzrə tədrisin yenidən qurulması və bu istiqamətdə birgə elmi-tədqiqatların aparılması müzakirə olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !