Rusiyada uşaqlara aylıq ödənişlərin verilməsi üzrə xidmət işə düşdü -

Rusiyada uşaqlara aylıq ödənişlərin verilməsi üzrə xidmət işə düşdü

Rusiyada valideynlərə 3 yaşdan 7 yaşadək uşaqlar üçün aylıq ödənişlərin verilməsi proqramı işə düşüb.
Bununla əlaqədar olaraq ölkə ərazisi üzrə Dövlət xidmətləri portalında müraciətlər qəbul olunmağa başlayıb.
Portal işə düşdükdən sonra ilk bir neçə saat ərzində 70 mindən çox müraciət qəbul edilib. Hələlik layihə Rusiyanın 65 regionunu əhatə edir.
Qeyd edək ki, mart ayında Rusiya Prezidenti Vladimir Putin 3 yaşdan 7 yaşadək uşaqlar üçün aylıq ödənişlərin verilməsi barədə fərman imzalayıb. modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !