İNSTİTUTUN ƏMƏKDAŞLARINA YARDIM EDİLMƏSİ HAQQINDA - (+FOTO=5)

İNSTİTUTUN ƏMƏKDAŞLARINA YARDIM EDİLMƏSİ HAQQINDA (+FOTO=5)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının və Fizika İnstitutunun Həmkarlar Komitəsinin dəstəyi ilə sosial vəziyyəti aşağı olan şəxslərə ərzaq yardımı edilib.
Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, ilk olaraq əməkdaşları “Ramazan Bayramı” və “28 May Respublika günü” münasibəti ilə təbrik edib. O, ərzaq yardımının,əsasən, gözətçilərə,xidməti otaqları yığışdıranlara, texniki işçilərə, şəhid ailələrinə və məcburi köçkünlər üçün nəzərdə tutulduğunu vurğulayıb.
AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov çıxışında bildirib ki, hazırda dünya COVİD-19 yeni növ koronavirus pandemiyasından əziyyət çəkir. Virusdan həm özünü qorumaq, həm də yaxınlarını qorumaq hər bir vətəndaşın üzərinə düşür. Bunun üçün insanlar deyilən qaydalara əməl etməli, maska taxmalı, sosial məsafəni saxlamalı və dezenfeksiya vasitələrindən istifadə etməlidirlər. H.Qurbanov yardımın həm bayramlar, həm də koronovirusa görə təşkil olunduğunu qeyd edib.
Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova İnstitutun əməkdaşlarını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib. Əməkdaşlara pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl etməyi, özlərini və yaxınlarını qorunmağı tövsiyyə edib.
Məryəm Rafaelqızı
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !