Azərbaycan Milli Xalça Muzeyinə tanınmış simalarla virtual tur - (-VIDEO)

Azərbaycan Milli Xalça Muzeyinə tanınmış simalarla virtual tur (-VIDEO)

Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq maraqlı layihə reallaşdırıb. Belə ki, tanınmış televiziya aparıcıları - Dilarə Səlim, Emil Şahzadə və Leyla Quliyeva kimi məşhur simalar Muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər. Virtual tur çərçivəsində həmçinin ilk dəfə olaraq muzeyə ekskursiya surdo-tərcümə ilə müşayət olunub. Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinə virtual tur layihəsi davam etdiriləcək, eyni zamanda rus və ingilis dillərində də təqdim olunacaq. 

https://www.youtube.com/watch?v=-W38o1L_bHg

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !