Nəyə etiraz edirsiniz? İndi ayılmısızmı? - İran, ABŞ... Qarabağa baxış...Asəf Quliyevin indi aylanlara cavabı

Nəyə etiraz edirsiniz? İndi ayılmısızmı? İran, ABŞ... Qarabağa baxış...Asəf Quliyevin indi aylanlara cavabı

Xudafərin su anbarı, İrandan işğal altında olan Azərbaycan ərazilərinə uzanan körpülər barədə yazılanları oxuyanda tuman bağının sonradan başlanması haqqında ədəbsiz bir misal düşür yadıma. Nəyə etiraz edirsiniz? İndi ayılmısızmı?

Bu məsələ ilk dəfə 1997-ci ildə gündəmə gəlmişdi. Dağlıq Qarabağa İran yük maşınlarının gediş-gəlişini asanlaşdırmaq üçün körpülər inşa olunduğu barədə xəbərlər var idi. Hamı sakit müşahidə edirdi. Ara-sıra İran söyülürdü. “7 GÜN” qəzetində işləyirdim. İran səfirliyində keçirilən mətbuat konfransında bu sualı verdim. Səfir nə hə dedi, nə yox dedi? Ancaq İranın bizi necə dəstəklədiyi barədə moizə oxudu. Belə təxribatlara uymamağa çağırdı. Sualı təkrarlamaq istədim. Amma həmkarlarım imkan vermədi. Bəli, bəli “İranşünas” həmkarlarım. Mən bu mətbuat konfransında sanki bir ağ qarğa idim...

Özümü ağ qarğa kimi hiss etdiyim başqa bir mətbuat konfransı da yadıma düşür. ABŞ səfirliyində. Bu səfirliyində öz “kliyentləri vardı”.
Səfir Eskudeyro ABŞ-ın Dağlıq Qarabağa yardımına etirazları yumşaltmaq üçün mətbuat konfransı keçirirdi. Toplamışdı “ABŞşünasları”. İran səfirliyindən aldığım təəssürat yadımda qalmışdı. Sual vermək istəmirdim. Amma səfir “quş buraxdı”:
“Biz çalışırıq ki, Dağlıq Qarabağla Azərbaycan arasında münaqişənin həllinə kömək edək”.
Bunu həzm edə bilmədim. Və icazəsiz filansız səfirin diqqətinə çatdırdım ki, münaqişə tərəfləri Dağlıq Qarabağ və Azərbaycan deyil, Ermənistan və Azərbaycandı.
Bilirsiniz səfir neynədi?
Tərcüməçi Lalə xanıma dedi ki, sən yanlış tərcümə etmisən. Lalə xanım da “səhv tərcümə etdiyini” etiraf elədi və üzr istədi. Onun yerinə mən utandım, amma səfirə elədiyi həyasızlığı demək istəyəndə yenə “ABŞşünas” həmkarlarım məni ədəbsizlikdə qınadı.

İndi həmən o ...şünaslar etiraz pusgürür. İrana, ABŞ-a...
İndi başqa işlər görmək zamanıdır... 

+++

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !