Azərbaycan Texniki Universiteti yeni layihəyə start verdi -

Azərbaycan Texniki Universiteti yeni layihəyə start verdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurası tərəfindən qəbul edilən “Gələcəyin müəllimi” layihəsinin icrasına start verilib. Layihənin məqsədi AzTU-nun akademik sahədə potensialını gücləndirməkdir. Bu həm də universitetin kadr potensialını öz tələbələri hesabına gəncləşdirməsi və müasir innovasiya tələbini qarşılamağa istiqamətlənib. Layihəyə uyğun olaraq II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin qarşılanması məqsədilə onlar arasından seçilmiş bir qrup tələbə, bakalavrların imtahan prosesinə cəlb olunacaq. Belə ki, bakalavrların biliyinin qiymətləndirilməsində fənn müəllimləri ilə yanaşı magistrantların da rəyi nəzərə alınacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !