Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri qanvermə aksiyasında iştirak edib - - FOTO

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri qanvermə aksiyasında iştirak edib - FOTO

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri, Katibliyin əməkdaşları və QHT nümayəndələri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsünə qoşularaq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında iştirak edib.

Şura sədri Azay Quliyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizlə həmrəylik nümayiş etdirmək və qana ehtiyacı olan şəxslərin qan ehtiyatının təmin olunmasına yardım etməkdir.

Qeyd edək ki, Mərkəzi Qan Bankında toplanan qan ehtiyatları yoxlandıqdan sonra xəstələr üçün istifadə ediləcək

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !