Yük avtomobilində dərman preparatları aşkarlandı - - FOTO

Yük avtomobilində dərman preparatları aşkarlandı - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı qoşqunun altındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 35 qutu dərman preparatları və 60 qutu tibbi ləvazimatlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !