Narkotik vasitə - tiryək aşkar edilib -

Narkotik vasitə - tiryək aşkar edilib

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "DAF" markalı nəqliyyat vasitəsilə ilə yük aparan Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərində olan şalvarın sol cibindəki siqaret qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !