ƏKBƏR QOŞALI: - Bir şəkil özümdən qoparıb məni

ƏKBƏR QOŞALI: Bir şəkil özümdən qoparıb məni

 Bir şəkil özümdən qoparıb məni,
Lal olmuşam baxa-baxa, İlahi.
Səndən özgə kim görsəydi halımı,
Gedər-dönər, başa qaxar, İlahi.

Heç kim ona mənim kimi baxmadı,
Şəkil deyil… – deynən – dərin dünyadı;
İşıq saçar, yiyəsinin adını
dalğa-dalğa yayar, yayar, İlahi.
 

Hər şəkilin
var
bir sirri – bilirəm,
Bu şəkilin nədir sirri? – bilirəm;
Səndən başqa heç bir kəsə demirəm –
Ürəyində gizli ad var, İlahi… –
Odur onu belə məhzun eyləyən,
Şəklini də canlı insan eyləyən…
Qara sevda, qara sevda dediyin –
qəlbdə çaxar, üzə vurar, İlahi…
15.05.20

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !