"Kirayə ev tutub Moskvada qalıram" - - Fədayə Laçın VİDEO

"Kirayə ev tutub Moskvada qalıram" - Fədayə Laçın VİDEO

"Novruz bayaramında Moskvaya gəldik. Dostlarım dəstək üçün konsert təşkil etmişdi. Amma yarımçıq qaldı. O vaxtdan da Bakıya qayıda bilmiriəm. Rusiyada kirayə ev tutmuşam, oğlum Əlhəmlə bir qalırıq".
Bu sözləri müğənni Fədayə Laçın "Bizimləsən" verilişinin virtual qonağı olarkən deyib. Bir neçə aydır Rusiyada qalan ifaçı orada kirayə ev tutub.
F.Laçın aparıcı Zaur Baxşəliyevin "Deyirlər, Fədayə Moskvaya köçür" sözlərinə belə münasibət bildirib:
"Qəti fikrim yoxdur ki, Moskvaya yerləşim. Laçından ayrı düşmüşəm, vətəndən də ayrıla bilmərəm. Konsertdən yaxşı pul qazandım. Amma yedim qurtardı. Burada dostlar var ki, bizi evdən çıxmağa qoymurlar. Hər şey alıb göndərirlər".
Başını bağlayan müğənni bunun səbəbini isə belə izah edib:
"Saçlarım çox ağarıb, ona görə də bağlamışam ki, görünməsin. Ağ saçla eybəcər görünürəm, axı mən gözəl qızam.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !