Qadın mafiya lideri Sədat Pekeri təhdid etdi - -VİDEO

Qadın mafiya lideri Sədat Pekeri təhdid etdi -VİDEO

Ötən günlərdə Türkiyədə mafiya lideri kimi tanınan Sədat Pekeri təhdid edən “Xanımağa” ləqəbli Güniz Akkuş saxlanılıb.
13 şübhəlini izləyən polis, İstanbul, Ankara, Adıyaman, Antalya, Bursa, Kocaəli və Mərsində əməliyyat keçirib.
“Gigiyena” adlandırılan əməliyyatda 10 nəfərin saxlanıldığı, çox sayda silah-sursatın ələ keçirildiyi bildirilib.
Məlumata görə, əməliyyatda Sədat Pekeri təhdid viodeosu ilə gündəmə gələn mütəşəkkil cinayətkar dəstənin lideri “Xanımağa” ləqəbli Güniz Akkuşun da saxlanılanlar arasında olduğu qeyd edilib.
Güniz Akkuş ilkin dindirilmədən sonra sərbəst buraxılıb.
Sözügedən olayın videogörüntüsünü təqdim edirik:
teleqraf.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !