Gülağa Tənha - Hər zaman maliyə dəstəyi ayırmağa hazıram...

Gülağa Tənha Hər zaman maliyə dəstəyi ayırmağa hazıram...

Xeyriyyəçi - şair Gülağa Tənha Şamaxı şəhərində inşa etdiyi Mirzə Ələkbər Sabir məqbərəsinin açılışında, diqqəti Məhəmməd Füzuli yaradıcılığına yönəldib onun Azərbaycan şairi olduğunu xüsusi olaraq vurğulayır: xeyriyyəçi - şair Gülağa Tənha (Qənbərov) dahi şairimiz Füzulinin İraqda olan məzarını vətənə gətirmək üçün hər zaman maliyə dəstəyi ayırmağa hazır olduğunu bildirir. Daha ətraflı video linkdə. 

 

           Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.
Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.


Füzulinin əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr olunmuşdur.
 

 

Azərbaycan Respublikasının Prezidenti 13 sentyabr 1996-cı ildə “Füzuli adına Beynəlxalq Mükafatın təsis edilməsi haqqında” Sərəncam imzalamışdır.

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !