Rövşən Lənkəranskinin tərəfdarına növbəti ittiham irəli sürüldü - -VİDEO

Rövşən Lənkəranskinin tərəfdarına növbəti ittiham irəli sürüldü -VİDEO

Cinayət aləmində “Kürd Elnur” kimi tanınan, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Elnur Abbasovla bağlı Suraxanı Rayon Polis İdarəsində növbəti cinayət işi açılıb.
O, Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə ittiham olunur.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xatırladaq ki, mayın 11-də E.Abbasov dostu Zamin Babayevə (1988-ci il təvəllüdlü) məxsus BMW avtomobilini qəsdən Yeni Günəşli qəsəbəsinin ərazisindəki dərədən atıb.
Saxlanılan şəxs əvvəllər yetkinlik yaşına çatmayan şəxsin cinayət fəaliyyətinə cəlb edilməsi, dələduzluq, soyğunçuluq, yol hərəkəti qaydalarını pozma, nəqliyyat vasitəsinin istismarı, qəza yerindən qaçmaq və özbaşınalıq əməllərinə görə cəza çəkib.
E.Abbasov özünü 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) başçılıq etdiyi cinayətkar klana aid edir.
R.Canıyevin ölümündən sonra onun böyük dəstəsi parçalanıb. “Kürd Elnur”un təsir dairəsinə gəlincə, o, dar cinayətkar dairələrdə nüfuza malikdir.
Baxmayaraq ki, “YouTube”da E.Abbasovun odlu silahını nümayiş etdirdiyi, avtomat və iki tapançadan atəş açdığını əks etdirən görüntülər yerləşdirilib, təəccüblüdür ki, ona qarşı əvvəllər irəli sürülən Cinayət Məcəlləsinin maddələri arasında qanunsuz silah saxlama və gəzdirmək ittihamı olmayıb. oxu.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !