Bakıda zəncirvari qəza: Jiquli park edilmiş maşınlara çırpıldı - -FOTO=2

Bakıda zəncirvari qəza: “Jiquli” park edilmiş maşınlara çırpıldı -FOTO=2

Bakının Nəsimi rayonu ərazisində zəncirvari qəza olub.
Hadisə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək, yol kənarında park edilmiş maşınlara çırpılıb. Zəncirvari qəza nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
İddia edilir ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü yolda “avtoşluq” etmək istəyib, bu zaman idarəetməni itirib və qəza baş verib 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !