Qeyri-səlis məntiq nəzəriyyəsi və musiqi -

“Qeyri-səlis məntiq nəzəriyyəsi və musiqi”

 Bütün dünyada tüğyan edən COVİD-19 karantini şəraitində Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları online seminarları keçirərək aktiv fəaliyyətlərinə davam edirlər.Sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Nuridə İsmayılzadənin rəhbərliyi altında laboratoriyada müxtəlif elmi profilli mütəxəsisslər:musiqişünaslar,etnomusiqişünaslar,bəstəkarlar,musiqi ifaçıları, filoloq, tarixçi və texniki ixtisasın nümayəndələri işləməkdədirlər.Bu da müasir musiqişünaslıqda aktual və tətbiq olunan fənnlərarası (multidistiplinar) elmi axtarışların aparılması üçün şərait yaradır.Laboratoriyanın aparıcı elmi işçisi,sənətşünaslıq üzrə fəlsəfədoktoru İmina Əliyevanın 14 may 2020-ci il tarixində keçirilən seminarı da bu qəbildəndir.Texniki vəmusiqi ali təhsili olan İmina xanın zamanında görkəmli alim A.Mirzəcanzadənin rəhbərliyi altında əsaslı elmi hazırlıq keçmişdir.
Bu seminar “Geyri-səlis məntiq nəzəriyyəsi və musiqi” mövzusuna həsr olunmuşdur. Burada,dahi Azərbaycan əsilli fiziki,akademik Lütfizadənin irəli sürdüyü nəzəriyyənin müxtəlif elm sahələrində, xüsusən də, musiqidə (bəstəkarlıq yaradıcılığında,musiqi təhlilində, ifaçılıq pedaqoqikasında) istifadə perspektivləri araşdırılmışdır.Seminarın gedişatında süni intellektin axtarış sistemlərihaqqında məlumat verilmiş vəmüəyyən üslublu musiqini yaratmaq imkanları müxtəlifnümunələrlə nümayiş etdirilmişdir.
İ.Əliyevanın seminarı maraqla dinlənişmiş,iştirakçılar tərəfindən verilən bir çox suallar cavablandırılmışdır.Respublikanın xalq artisti,baş elmi işçi,professor Ramiz Quliyev Lütfizadə ilə şəxsi görüşü haqqında xatirələri ilə bölüşmüşdür.Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru,Üzeyir Hacıbəyli adına BMA-nın prorektoru Gülnaz Abdullazadə və digər iştrakçılar seminarın yüksək səviyyəsini qeyd edərək İ.Əliyevaya sonrakı yaradıcılığında uğurlar arzulamışdırlar.
N.Bayraməlibəyli
Aparıcı elmi işçi,sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !