Zaman dəyişsə də, məkan dəyişməyib -

Zaman dəyişsə də, məkan dəyişməyib

 Bu günlərdə Avropa Basketbol Federasiyası öz toplantısını keçirib və bütün bəşəriyyəti cənginə alan koronavirus pandemiyası ilə əlaqədar olaraq, 2020-ci ildə qurumun bayrağı altında keçirilməsi nəzərdə tutulan bütünm yarışların təqvimində dəyişiklik edib. Beləliklə də, qurum bu ilin bütün yarışlarını gelən ilə saxlayıb. Maraqlıdır ki, həmin yarışların vaxtı dəyişsə də, məkanı dəyişməyib. Belə yarışlardan biri də basketbol idmanının zəif inkişaf etmiş ölkələr arasında keçiriləcək Avropa çempionatıdır. Azərbaycanın kişi yığmasının da iştirak edəcəyi həmin yarış gələn il iyunun 28-dən iyilun 3-dək İrlandiyanın Limerk şəhərində keçiriləcək. Yığmamız turnirin ilkin qrup mərhələsində İrlandiya, Andorra və Ermənistan komandasıyla B qrupunda mübarizə aparacaq. A qrupunda isə Malta. San-Marino və Cəbəllütariq yığması yer alıb. FİBA bayrağı altında keçiriləcək bu yarışda iştirak etmək üçün hər bir komanda ərizəylə öz iştirakını təsdiqləməlidir.


İntiqam Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !