Qısa vaxtda 1400 avtobusda şəffaf arakəsmələr quraşdırılıb - - FOTO

Qısa vaxtda 1400 avtobusda şəffaf arakəsmələr quraşdırılıb - FOTO

COVİD-19 virusuna qarşı mübarizə məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində qabaqlayıcı tədbirlər davam etdirilir. Bu çərçivədə, avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb. Artıq 1400 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib.

Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir. Həmçinin bildiririk ki, sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır. Avtobuslarla yanaşı, taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !