Şura Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə mövzusunda videokonfrans keçirib - - FOTO

Şura “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirib - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə təşkil etdiyi "Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində mayın 13-də "Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə videokonfrans keçirilib.

Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya, Yunanıstan, Fransa vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi videokonfransda koronavirusun (COVID-19) yaratdığı fəsadlar, dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi, həmrəyliyin daha da artırılması ilə bağlı müzakirələr aparılıb, çıxışlar dinlənilib.

Şuranın katibi Nərgiz Xələfin moderatorluğu ilə keçirilən beynəlxalq videokonfransın sonunda yerli və xarici QHT-lər birgə bəyanat qəbul ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə" mövzusunda beynəlxalq videokonfrans iştirakçılarının

BİRGƏ BƏYANATI

13 may 2020-ci il

Biz, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə" mövzusunda beynəlxalq videokonfransın Azərbaycan, Bosniya və Herseqovina, Yunanıstan, Polşa, Rusiya Federasiyası, Slovakiya, Türkiyə, Ukrayna və Böyük Britaniyanın vətəndaş cəmiyyəti institutlarını təmsil edən iştirakçıları,

-    COVID-19 pandemiyası və onun yaratdığı fəsadların miqyasını, eləcə də koronavirusdan zərər çəkənlərin sayını nəzərə alaraq,

-    Ölkələrimizin COVID-19-un əhali arasında geniş yayılması ilə bağlı səylərinə töhfə vermək məqsədini rəhbər tutaraq,

-    Azərbaycan Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına ümumilikdə 10 milyon ABŞ dolları məbləğində ianənin ayrılması və Azərbaycanın bu günə qədər 10 ölkəyə humanitar yardım göstərməsi ilə nümayiş etdirilən parlaq həmrəylik və çoxtərəfli əməkdaşlıq nümunəsini təqdir edərək,

-    Vətəndaşların pandemiyadan qorunması üçün atılacaq zəruri addımlarla əlaqədar insanların məlumatlılığının və ictimai nəzarətin inkişafında VCİ-lərin fəaliyyətinin və həmrəyliyinin rolunu əhəmiyyətini bir daha vurğulayaraq.

Aşağıdakıları bəyan edirik:

1.    Biz, ölkələrimizin hökumətləri tərəfindən COVID-19 bəlasını aradan qaldırmaq, eləcə də onun sosial-iqtisadi və səhiyyə sahələrinə təsirini minimuma endirərək postpandemiya dövrünə rəvan keçidi təmin etmək məqsədilə həyata keçirilən kompleks tədbirləri dəstəkləyirik;

2.    Biz, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə bağlı tövsiyələrinə və preventiv tədbirlərə dair təlimatlarına riayət etməyə çağırır və hazırda bir sıra digər ölkələrdə də tətbiq edilən koronavirusa qarşı mübarizənin "Azərbaycan modeli"nin effektivliyini yüksək qiymətləndiririk;

3.    Biz, vətəndaşların sağlamlığının qorunması, eləcə də şəxsi gigiyena vasitələri və COVID-19-a qarşı digər profilaktik tədbirlər barədə geniş ictimaiyyətin məlumatlandırılması işində QHT-lərin daha yaxından iştirakını təşviq etmək üçün bundan sonra da fəaliyyətimizi davam etdirəcəyimizi qeyd edirik;

4.    Biz, postkoronavirus dövründə digər oxşar pandemiya təhlükələrinin qarşısının alınması üçün adekvat ictimai dəstəyin göstərilməsini təmin etmək məqsədilə QHT-lərin koalisiyasını yaratmaq niyyətimizi vurğulayırıq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !